Haqqımızda
Smart-Elektroniks MMC haqqında Məlumat.
Smart-Elektroniks MMC 2009 ildən İnformasiya Texnologiyaları sahəsində fəaliyyətə başlamışdır. Şirkətin ana məqsədi Azərbaycanın İnformasiya Texnologiyaları bazarında yeni texnoloji həllərin tətbiq edilməsi, İT bazarının ehtiyaçlarına uyğun proqram məhsullarının yaradılması və daha fərqli müştəri yönümlü xidmət anlayışını təmin etməklə Ölkəmizdə İT mühitinin formalaşmasında öz töhfəsini verməkdir. Şirkətimizin əsas profili ödəniş sistemlərinin qurulması və Billing sistemləri üzrə məhsulların hazırlanması və tətbiq edilməsidir.
Şirkətimizdə ana məqsəd müştəri məmnunluğunu təmin etməklə ehtiyaca uyğun düzgün və dürüst İT həllərin təmin edilməsindən ibarətdir. Şirkətimizdə çalışan əməkdaşlarımızın əksəriyyəti xaricdə təhsil almış xarici təcrübəyə məxsus İT mühəndisləridir.
Smart-Elektroniks MMC şirkəti olaraq İT infrastrukturlarının qurulması, Ehtiyaca uyğun proqram təminatı həllərinin hazırlanması, Müştərilərlə işləyən Dövlət və Özəl qurumlarda Xidmətlərin Elektronlaşdırılması və idarə edilməsi, CRM sistemlərinin qurulması, Məlumat Bazaları üzrə (Oracle, MS-SQL, MY-SQL) quraşdırma,analiz və konsultasiya xidmətlərinin göstərilməsi, Smart kartların və Pos terminalların ödəniş sistemlərinə inteqrasiya olunması kimi xidmətləri təklif etməkdədir.
Məhsullarımız:
Sims.net
(Subscriber information management systems CRM) Müştəri informasiya idarəetmə sistemləri
AGİS
(Azəriqaz informasiya sistemləri)
AES.Net
(Avtomatlaşdırılmış Enerji idarəetmə sistemi)
EMOİS
(Elektron Müraciətlərin idarəetmə sistemi)
MMS
(Meter management system) Smart sayğaçların məsafədən oxunması və idarə edilməsi sistemi.
SMS Xəbərdarlıq sistemi
(Müştəri ehtiyaçlarına uyğun olaraq sms məlumatlandırma sistemi.)
PMS
(Payment management system) Ödəniş sistemlərinin qurulması, idarə olunması və mövcud Ödəniş sistemlərinə inteqrasiya.
İOT web Servislərin hazırlanması.
İOS və Android mobil həllərin hazırlanması.
AİM
(yarımstansiyalarda enerji keyfiyyət dəyərlərinin və yarımstansiyada yüklənmələrin online rejimdə oxunması məqsədiylə Avtomatik idarəetmə sistemlərinin qurulması.)